AŞPA Mehman Hüseynov məsələsini müzakirə edəcək

AŞPA Mehman Hüseynov məsələsini müzakirə edəcək
15 Yanvar 2019
Mətni dəyiş

Strasburqda AŞPA-nın qıs sessiyasının plenar iclasında bloger Mehman Hüseynovla bağlı məsələ qaldırılacaq.

Bu barədə Turan-a AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennax bildirib.

Mehman Hüseynov dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Həbsdən çıxmağına 2 ay qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb.

Blogerin aclıq aksiyasına başlamasından sonra yerli və beynəlxalq ictimaiyyətdə Mehman Hüseynovun azadlığa buraxılmasına çağırışlar edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun