Samir Şərifov: "Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib"

Samir Şərifov: "Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib"
5 Dekabr 2018
Mətni dəyiş

“Hökumət öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub. Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır".

Bu sözləri maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib.

Nazir bildirib ki, məcəlləyə edilən xüsusi güzəşt müvəqqəti xarakter daşıyır:

“Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcək".

S.Şərifov sözlərinə görə, zyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da ayırmalar var. Amma bunu vergi hesab etmək düzgün olmaz. Çünki pensiyaya çıxdıqda, o adam DSMF-dən pul almaq hüququ qazanır.

Bunu da oxu: Ekspert vergi islahatlarının səmərəliliyinə şübhəli yanaşır

"Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxır. Onların ümumi ödəniş yükü 35% azaldılır. Hökumətin qənaətincə bu əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq".

Nazir bildirib ki, ya bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar.

"Biz istəyirik ki, onlar DSMF-yə layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun