Robert Köçəryan yenidən həbs olunacaq

Robert Köçəryan yenidən həbs olunacaq
8 Dekabr 2018
Mətni dəyiş

Cümə günü Ermənistan Apellyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın apellyasiyasını təmin etməyib və onun həbsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə Ermənistan KİV məlumat yayıb.

Hazırda R.Köçəryan azadlıqdadır.

Onun vəkilləri bu qərardan "bütün mümkün vasitələrlə bütün mümkün instansiyalara" şikayət vermək niyyətindədir.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1 mart 2008-ci il hadisələri üzrə bir qrup şəxslə konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

İyulun 27-də Yerevan məhkəməsi R.Köçəryanı 2 ay müddətinə həbs etmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi eks-prezidentin toxunulmazlığını əsas götürərək məhkəmənin qərarını ləğv etmişdi.

Lakin Ermənistanın baş prokuroru bu qərarı mübahisələndirib, işə yenidən baxılmasına nail olub. R.Köçəryanın azadlıqda nə qədər olacağı, vəkillərin məhkəmənin son qərarının qüvvəyə minməsinə yol verməyərək onu mübahisələndirə bilib-bilməyəcəkləri hələlik məlum deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun