"Qarabağ" Avrokubok oyunlarından 6,2 milyon qazandı

"Qarabağ" Avrokubok oyunlarından 6,2 milyon qazandı
16 Dekabr 2018
Mətni dəyiş

“Qarabağ” futbol klubunun 2018-2019-cu il avrokuboklar mövsümü üçün UEFA-dan qazancı məlum olub.

Qrup mərhələsinin nəticələrinə görə, “Qarabağ” 3,19 milyon avro (təxminən 6,2 milyon manat) alacaq.

Qrup mərhələsinə çıxdığına görə Ağdam klubu 2,62 milyon avro, “Vorskla” üzərindəki qələbəyə görə isə 570 min avro əldə edəcək.

Əgər “Qarabağ” “pley-off”a çıxsaydı, əlavə olaraq, 1,1 milyon avro qazanacaqdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun