“Norveç səfirliyinin bağlanması Bakının imicinə mənfi təsir göstərəcək”

“Norveç səfirliyinin bağlanması Bakının imicinə mənfi təsir göstərəcək”
15 Noyabr 2018
Mətni dəyiş

"Norveçin Bakıdakı səfirliyinin bağlanmasının səbəbləri bu ölkə XİN-in bəyanatında açıqlanıb. Buna əlavə etmək olar ki, belə hallar iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yolunda olmaması nəticəsində baş verir".

Bu fikri Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli "Amerikanın səsi" radiosuna müsahibəsində söyləyib.

Nəzərə almaq lazımdır ki, Norveç Avropanın ən azad, demokratik ölkələrindən biridir. Odur ki, Norveçin buradan getməsi Azərbaycanda mövcud siyasi rehimi qəbul etməməsinin göstəricisi ola bilər.

"Bu addım Azərbaycanın beynəlxalq imicinə necə təsir göstərəcək?" sualının cavabında C.Həsənli deyib ki, Norveçin ardından başqa ölkələr də bu cür hərəkət edə bilər.

Lakin rəsmi Bakı bildirib ki, bununla bağlı təəssüflənmir. İki gün sonra isə dövlət başçısı Azərbaycanın İsveç, Norveş və Finlandiyadakı səfirlərini geri çağırıb.

Bununla bağlı C.Həsənli deyib ki, bu, Bakı və Skandinaviya ölkələri arasında böhrana səbəb ola bilər. O, Norveç səfirliyinin bağlanması məsələsilə bağlı XİN və Prezident Administrasiyasının rəylərindəki fərqi qeyd edib.

Görünür, ölkə rəhbərliyi Oslonun qərarını çox ağrılı qəbul edib, hətta keçmiş səfir Steynar Gilin adı çəkilib. O, Azərbaycandan çoxdan gedib. S.Gil vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin dəstəklənməsi və vətəndaş cəmiyyətinin inkişafında böyük xidmətləri olan şəxsdir. Bütün bunlara görə ona təşəkkür etmək lazımdır, ittiham etmək yox.

"Diplomatik korpusun susdurulmasına yönələn addımlar yaxşı heç nədən xəbər vermir, Azərbaycanın gözdən düşməsinə, etimadsız bir ölkəyə çevrilməsinə doğru bir proses başlanır", - C.Həsənli vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun