Kitab blogerləri bir yerə toplaşdılar [Fotolar]

Kitab blogerləri bir yerə toplaşdılar [Fotolar]
4 Noyabr 2018
Mətni dəyiş

"Qanun” Nəşrlər Evində naşir Şahbaz Xuduoğlunun təşəbbüsü ilə kitab blogerləri bir araya gəlib.

Əvvəlcə blogerlər nəşriyyatın işi ilə tanış olublar. Daha sonra dəyirmi masa arxasında toplaşan kitab təbliğatçıları kitabın hazırkı durumunu, vəziyyətini müzakirə ediblər.

Ş. Xuduoğlu kitab bazarında olan yeniliklər, çətinliklər, problemlərlə bağlı blogerlərə məlumat verib. Onları daha aktiv fəaliyyət göstərməyə səsləyib. Bildirib ki, Azərbaycanda kitab blogerliyi inkişaf edərsə, bu, kitabın da inkişafına böyük təkan vermiş olar.

Naşir bir neçə gün əvvəl kitab blogerlərinə çağırış edərək onları "Qanun”a dəvət etmişdi.

Onun sozlərinə görə, son illər kitabdan yazan xeyli sayda bloger "İnstagram”, "Facebook”, "Twitter” və başqa sosial şəbəkələrdən istifadə etməklə kitabı təbliğ edir, kitabın insan həyatındakı rolunu qabartmağa, kitabı cəmiyyətimizin həyatına daha yaxın etməyə çalışırlar.

"Biz fərqli yerlərdə olsaq da bu vacib, hətta müqəddəs işin həlqələriyik. Bu həlqələr bir zəncirə çevrilərsə daha gözəl olmazmı? Bizi daha güclü etməzmi? Kitaba təkan verməzmi? Əlbəttə kitabı daha güclü edər".

Ş. Xuduoğlu bildirib ki, birlikdə kitabı daha güclü edək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun