İndiyədək vergi ödəməyənlər də ödəməli olacaqlar [siyahı]

İndiyədək vergi ödəməyənlər də ödəməli olacaqlar [siyahı]
26 Noyabr 2018
Mətni dəyiş

"İndiyədək Azərbaycanda demək olar ki, gəlirlərindən vergi ödəməyən müəyyən qrup fəaliyyətlə məşğul olanlar var ki, Vergi Məcəlləsinə yeni təklif olunan 101.6-cı maddəyə görə 2019-cu ildən həmin şəxslərin ümumi gəlirərindən də vergi alınacaq".

Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.  Onun sözlərinə görə, belələri dövriyyələrindən 2% vergi ödəyəcəklər.

İqtisadçının açıqlamasına görə, həmin kateqroyaya vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər daxildir.

R.Ağayev deyir ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsi ilə məşğul olan aşağıdakı şəxslər:

[caption id="attachment_16329" align="aligncenter" width="1132"] Rövşən Ağayev[/caption]

1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

2) əlvan və qara metal qırıntılarının qəbulu;

3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

İqtisadçı bu qrupun vergiyə cəlb edilməsinin çətin proses olacağını bildirib. Onun sözlərinə görə, vergi ödəyici olmayan şəxslər, ələxüsus Vergi Məcəlləsinin 16-cı maddəsi bu şəxslərə nağd pul hesablaşmaları aparmaq hüququ verib. Belə şəraitdə onlarınn gəlrləri necə müəyyən ediləcək?.

Digər tərəfdən, onlar xərcləri nəzərə alınmadan gəlirlərindən vergi tutulması nəzərdə tutulur:

"Halbuki bu fəaliyyətlərin hamısının xərci var. Xüsusilə də fermerlərdən məhsul alaraq bazarlarda satan xırda ticarətçilər şəxsi avtomobilllərinin yanacağı və təmiri üçün xeyli vəsait xərcləyirlər. Eyni vəziyyəti küçə-küçə dolaşaraq metal qırıntılar toplayanlara da aid etmək mümkündür".

R.Ağayev bildirib ki, hamılıqla vergiyə cəlb olunmaq mərhələsi çatıb, postneft dövrünün ayaq səsləri çox cingiltili gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun