Makron Bakıya gəlməyəcək

Makron Bakıya gəlməyəcək
13 Oktyabr 2018
Mətni dəyiş

Fransa prezidentinin oktyabrın 13-də Bakıya səfəri haqqında məlumat təsdiqini tapmır. Diplomatik mənbənin Turan-a verdiyi məlumata görə, mətbuatın bu səfər haqqında ilkin məlumatları yanlış idi.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın La Tribune qəzeti belə bir səfər haqqında məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan HDQ üçün hərbi gəmilərin tikintisi haqqında müqavilə imzalanması planlaşdırılırdı. Bakıda bu yaxınlarda keçirilən silah sərgisi zamanı Fransa hərbi-sənaye kompleksinin nümayəndələri də bu barədə məlumat vermişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun