Gömrük rüsumları 50 faiz artırılıb

Gömrük rüsumları 50 faiz artırılıb
7 Avqust 2018
Mətni dəyiş

Azərbaycan Nazirlər Kabineti «Gömrük yığımlarının məbləğləri»nə dəyişikliklər edib. 

Qərara əsasən, «Gömrük yığımlarının məbləğləri»nin 2-ci maddəsinə dəyişiklik edilib.

Malın gömrük dəyəri 1000 manatadək olduqda 15 manat (hazırda 10 manatdır), 1000 manatdan yuxarı və 10000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır) rüsum tutulacaq.

Malın gömrük dəyəri 50000 manatadək olduqda 120 manat (hazırda 100 manatdır), 100000 manatdan yuxarı və 500000 manatadək olduqda isə 300 manat (hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır) rüsum ödənilməsi lazım gələcək.

«Gömrük yığımlarının məbləğləri» oxşar ardıcıllıqla davam edir.

Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin qeydə alınmasından ötrü vəsiqə verilməsinə görə də gömrük yığımları artırılır. Yük, minik avtomobilləri, mikroavtobus və avtobuslardan ötrü bu məbləğ 20 manatdan 30 manata qaldırılıb.

Digər avtonəqliyyat vasitələrindən ötrü isə bu 25 manat (hazırda 15 manat) təşkil edəcək.

Qərar sentyabrın 6-dan qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun