Deputat: “Bu bahalığın sıxıntısını xalq çəkir”

Deputat: “Bu bahalığın sıxıntısını xalq çəkir”
29 Avqust 2018
Mətni dəyiş

Son zamanlar bazarlarda kənd təsərrüfatı məhsullarının bahalaşmasının müxtəlif səbəbləri ola bilər.

Bunu deputat Fazil Musatafa bildirib.

Onun sözlərinə görə, burada inhisarçılığın da rolu ola bilər və bu, səbəblərdən biridir.

F.Mustafaya görə, daha bir səbəb isə ixracın artması ola bilər ki, bu da qıtlıq yarada bilər və bu da qiymətlərin bahalaşmasına səbəb olur: "Amma istənilən halda, belə məsələləri müstəqil ekspertlər şərh etməlidir və səbəblərinə aydınlıqgətirilməlidir".

Deputat hesab edir ki, burada daha çox sıxıntını vətəndaş yaşayır. Amma bu barədə düşünən yoxdur.

Fazil Mustafa ölkə mediasında gündəm olan Azərbaycanın dünyada tannmış şahmatçısı Şəhriyar Məmmədyarovun sponsoru olmaması barədə açıqlamasına da münasibət bildirib.

"Mən inanmıram ki, dünya ilə bir hörməti olan şahmatçı yalan danışıb. Birdən-birə nə oldu ki, belə top idmançı yalan desin, bu, mümkün deyil", deyə Ş. Məmmədyarovun açıqlamasına münasibət ifadə edib.

F.Mustafa ehtimal edir ki, idmançıya vəsait ayrılır, amma həmin vəsaitn bir hissəsi mənimsənilir: "Bəli, yuxarılarda da məlumat verirlər ki, bu qədər vəsait ayrılıb. Nə olursa olsun, Şəhriyar kimi şəxslər millətin brendidir. Necə olur ki, mənasız işlərə pul tapılır, amma belə bir idmançı, üçün pul tapılmır".

F.Mustafa deyir ki, bir fənn üzrə olimpiada qalibi Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinə müraciət etmişdi, təhsilini davam etdirmək üçün bu gəncə verməyə ölkədə pul "tapılmadı".

Deputat hesab edir ki, belə məsələlərdə astagəllik nəticəsində uduzan millət olur, odur ki, belə insanların bütün ehtiyacları ödənilməlidir.

"Çünki, dünya miqyasına çıxan insan artıq özünü yox, milləti, dövləti təmsil edir və onları da elə bu çərçivədən dəyərləndirmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun