Le Monde Azərbaycandakı vəziyyət haqqında

Le Monde Azərbaycandakı vəziyyət haqqında
21 İyul 2018
Mətni dəyiş

Parisin nüfuzlu Le Monde qəzeti bu gün Azərbaycanlı hüquq müdafiəçiləri Arif və Leyla Yunusların vətənlərində ictimai-siyasi vəziyyət haqqında məqaləsini dərc edib.

2016-cı ildən Avropada məcburi mühacirətdə olan məşhur hüquq müdafiəçiləri Azərbaycanda hakim rejim tərəfindən insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, ölkənin demokratiya adı altında monarxiya çevrilməsi haqqında yazır.

"Tamamilə seçki azadlığı yoxdur - Azərbaycanda bütün seçkilər (prezident, parlament, bələdiyyə) eyni ssenari üzrə keçirilir. Prezident "seçkilərinin" yekunları, daha dəqiq isə Əliyevə və onun rəqiblərinə nə qədər səs verildiyi əvvəlcədən Prezident Administrasiyasında müəyyən edilir. Həm parlament deputatlarının, həm də bələdiyyə nümayəndələrinin gələcək siyahıları da əvvəlcədən orada müəyyən edilir. Mərkəzi seçki komissiyası yalnız bu "nəticələrini" təsdiq edir, "seçkilər" adlı tamaşa səhnələri isə beynəlxlaq müşahidəçilər üçün təşkil edilir.

Hakimiyyətin icra, qanunverici və məhkəmə hakimiyyəti qollarına bölünməsi yoxdur. Məhz müstəqil məhkəmələrin olmaması siyasi repressiyaların "uğurunu" təmin edir və siyasi məhbusların sayını artırır.

Söz azadlığı yoxdur - hələ 2015-2016-cı illərdə son müstəqil çap nəşrləri bağlanıb. Bu zaman təkcə jurnalistlər deyil, blogerlər, hətta Facebook səhifəsində tənqidi qeydlər yazmağa cürət edən bütün vətəndaşlar hakimiyyətin siyasətini tənqid etdiyinə görə cəzalandırılır və həbs edilir. Maraqlıdır ki, hətta bu məhbuslar haqqında xüsusi "Facebook məhbusları" ifadəsi ortaya çıxıb, deyə məqalədə bildirilir.

Daha sonra hüquq müdafiəçiləri Azərbaycan hakimiyyətinin Avropalı deputatları və siyasətçiləri Avropa Şurasının ölkədə siyasi məhbuslar haqqında məruzəsinin uğursuzluğa düçar olması üçün öz tərəflərinə çəkməsi ilə bağlı səs-küyə səbəb olan qalmaqalı xatırladır.

Hakimiyyətin fərqli düşünən rəqiblərinə qarşı amansız repressiya dalğasının səbəbi məhz bu olub, deyə onlar qeyd edir.

2014-cü ildə Yunuslar və onlarla əməkdaşlıq edən fəallar bu repressiyaların obyektinə çevrilib.

Yalnız beynəlxalq etirazlar sayəsində azadlığa çıxan cüt ölkəni tərk edib, amma Azərbaycan həbsxanalarında boğulan yüz əlli siyasi məhbusa diqqət çəkirlər.

Məqalədə son illər Tərtər rayonunda hərbiçilərin və mülki şəxslərin kütləvi etirazları və onların məhkəmədənkənar qətlləri kimi ən çox səs küy doğuran repressiya faktlarından bəhs edilir.

Hakimiyyət müxalifətçilərə maliyyə yardımı etməyə cürət edən hər kəsi həbsxanaya atmağı qarşısına məqsəd qoyub.

Sonincu fakt bir şəhər sakini tərəfindən güllələnən şəhər merinə qarşı etirazla küçələrə çıxan Gəncə sakinlərinə qarşı kütləvi repressiyalar oldu.

Eyni zamanda, hakimiyyət baş verənləri geniş şəkildə işıqlandıran KİV-ə qarşı qəzəbini də onların saytlarını bloklamaqla büruzə verdi.

Leyla və Arif Yunus rəsmi Paris İlham Əliyevi yüksək səviyyədə qəbul edərkən bütün bunları yada salmağa çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun