İlkin Rüstəmzadənin telefon danışıqlarına məhdudiyyət qoyulub

İlkin Rüstəmzadənin telefon danışıqlarına məhdudiyyət qoyulub
3 İyul 2018
Mətni dəyiş

13 saylı Cəzaçəkmə Müəsisəsində siyasi məhbuslara olan münasibət barədə dəfələrlə məlumat vermişik.

Bu dəfə isə siyasi məhbusların telefon danışıqlarına məhdudiyyətlər qoyulub. Belə ki, qanunla həftədə iki dəfə telefon danışığı nəzərdə tutulsa da, müəssisə rəhbərliyi buna imkan vermir. Məlumat üçün bildirək ki, 13 saylı CÇM-də NiDA-çı siyasi məhbuslar İlkin Rüstəmzadə və Bayram Məmmədov həbsdə saxlanılırlar.

NiDA-çı vicdan məhbus İlkin Rüstəmzadənin ailəsindən Abzas.net-ə bildiriblər: “13 nömrəli CÇM-də siyasi məhbuslara qarşı yeni kampaniya başlayıb.Həftədə iki dəfə qanuni haqları olan telefon zənglərinə məhdudiyyətlər qoyulur.Onsuz da dinlənən telefon danışıqlarına hər hansı bir əməliyyatçı ilə girməyin mənası nədir? Nəyin qisasıdır bu? Əyilməzliyin, dönməzliyin?

Bu həftə İlkin evə zəng etməyib.İki dəfəlik zəngdən imtina edib. Bu, onların bir daha hüquqlarının pozulmasıdır”..

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun