Ermənistan formal da olsa demokratik islahatlar yolundadır- Arif Hacılı

Ermənistan formal da olsa demokratik islahatlar yolundadır- Arif Hacılı
16 İyul 2018
Mətni dəyiş

Sovet dövlətinin dağılması dönəmində Ermənistandan çıxarılan soydaşlarımızın Qarabağda yerləşdirilməsi, yaşayış məntəqələrinin simmetrik dəyişdirilməsi, Milli Ordunun yaradılması vacib idi. O dövrün avtoritar höküməti bu barədə bizim tələblərimizi, xalqın tələblərini eşitmədi. Moskvadan gələn təlimatlara uyğun davrandı. Ermənistan isə silahlandı, ordu yaratdı, xalqımızı Ermənistanda və Qarabağda qətlə yetirdi, əsir götürdü, yurdlarından didərgin saldı. Bu gün, nəinki Qarabağ bizim deyil, hətta işğal altında olan torpaqlarımızın ətrafında təmas xətti adı ilə yaradılmış sərhəd xəttinə yaxınlaşmaq hüququmuz belə yoxdur. Dövr dəyişib. İndi ərazi bütövlüyünün təminatı üçün ilk növbədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, beynəlxalq birliyin rəğbətinə qazanmaq vacibdir. Ən qlobal problemlər orduların yox, ictimai rəyin gücü ilə həll olunur. Paşinyan, Ermənistanla Azərbaycan arasında olan mübarizənin mahiyyətcə demokratiya ilə avtoritarizm arasında olan mübarizə olması şüarını irəli sürüb. Bu təbliğat inkişaf edib beynəlxalq birlik tərəfindən qəbul edilsə Azərbaycan üçün çox böyük problemlər yaradacaq. Ermənistan formal da olsa demokratik islahatlar yolundadır. Azərbaycan hakimiyyəti isə yaranmış vəziyyətin ərazi bütövlüyü problemi də daxil olmaqla ökləmiz üçün necə qlobal problemlər yarada biləcəyinin fərqinə varmadan sanki, dünyanın ən avtoritar ölkəsi imicini qazanmaq üçün bütün gücünü səfərbər edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun