Naxçıvanın 11 min ha ərazisi işğalından azad edilib

Naxçıvanın 11 min ha ərazisi işğalından azad edilib
9 İyun 2018
Mətni dəyiş

Son günlər KİV-də və sosial şəbəkələrdə yayılan Günnüt kəndinin və Naxçıvan Muxtar Respublikasının (NMR) Ermənistanla sərhədində bir sıra strateji yüksəkliklərin azad edilməsi haqqında məlumatlar rəsmi olaraq təsdiq olunub.

NMR-in "Nuhcihan" dövlət informasiya agentliyinin şənbə günü NMR-də Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, mayın sonlarında hələ 1992-ci ildə işğal edilmiş Şərur rayonunun Günnüt kəndi azad edilib. Həmçinin, Günnüt kəndi ətrafında yerləşən mühüm strateji yüksəkliklər azad edilib.

Xüsusən, Azərbaycan ordusu "Xunut" kəndini, "Ağbulaq" təpəsini, "Qızılqaya" və "Mehridağ" dağlarını azad edərək, daha səmərəli mövqeləri tutub.

Həmçinin, Dərələyəzdə Arpa kəndi (erməni versiyasına görə "Areni) nəzarətimiz altına keçib.

Ümumilikdə 11 min hektardan çox ərazi, o cümlədən kənd təsərrüfatı üçün yararlı olan 8 min hektarrazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

Dəniz səviyyəsindən 1683 metr yüksəklikdə yerləşən "Qızılqaya" dağının tutulması xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan ordusunun Yerevan-Yexegnadzor-Qoris-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməsinə imkan verir.

Etibarlı müdafiə məqsədilə ərazidə 50 km-lik yeni yol çəkilib, habelə ümumilikdə 50 km-dən çox uzunluğu olan yollarda yenidənqurma işləri həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun