Vergilər naziri böyük yalanı etiraf etdi - Rövşən Ağayev

Vergilər naziri böyük yalanı etiraf etdi - Rövşən Ağayev
4 May 2018
Mətni dəyiş

Rövşən Ağayev

Vergilər naziri sahibkarlarla keçirdiyi görüşdə bildirib ki, sadələşdirilmiş vergi əsasında fəaliyyət göstərən subyektlərin sayı 180 min ətrafındadı. Rəsmi statistikaya görə isə həmin göstərici 800 minə çatır. Bu 2 faktdan çıxan nəticə odur ki, ölkədə rəsmi qeydiyyata düşən biznes subyektlərinin hər 5-dən biri real fəaliyyət göstərir. Ona görə də yeni nazir vergi statistikasına da əl gəzdirməlidir. Aylıq məlumatlarda təkcə qeydiyyata alınan deyil, həm də real fəal göstərən subyektlərlə bağlı məlumat olmalıdır. Bundan başqa, 2014-cü ilədək vergi daxilolmalarının rüblər üzrə tədiyyə strukturu barədə statistika olurdu, bunu yenə bərpa eləmək lazımdır. 7-8 il əvvələdək vergi daxilolmlarının iqtisadiyyatın sahələri üzrə struktiru barədə məlumatar olurdu, bunu bərpa eləmək lazımdır. Vergi növləri üzrə hər bir rayonun topladığı vergi həcmləri barədə məlumatlar olmalıdır. Yeri gəlmişkən, nazir deyib ki, sadələşdirilmiş vergi ödəyicilərinin 95%-nin illik dövriyyəsi 100 000 manatı ötmür. Bundan da daimi təqdim edilən statistika düzəltmək və ictimailəşdirmək lazımdı. Məsələn, illik dövriyyəsi 50 min, 100 min, 500 min manat qədər olan fiziki şəxslər, 1 mln., 2.5 mln., 5 mln., 10 mln. manata və s. qədər olan hüquqi şəxslərinn sayı barədə rüblük və illik statistika paylaşmaq, regionlar və ölkə üzrə ən çox vergi ödəyicilərinin reytinqini hazırlamaq, onları müsbət nümunələr kimi ictimaiyyətə tədim etmək də maraqlı olardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun