Saleh Rüstəmovdan xəbər var - qardaşı ilə görüşüb

Saleh Rüstəmovdan xəbər var - qardaşı ilə görüşüb
25 May 2018
Mətni dəyiş

Mayın 25-də Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla qardaşı Valeh Rüstəmovla görüşə bilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib. Görüş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gerçəkləşib.

O.Gülalıyev vurğulayıb ki, keçmiş başçı ilə ailəsinin tutduğu vəkil Bəhruz Bayramovun görüşünə icazə verilməyib.

V.Rüstəmov görüşdən çıxdıqdan sonra qardaşının salamat olduğunu, onda hər hansı işgəncə izi görmədiyini söyləyib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı S.Rüstəmov mayın 8-də saxlanıb. Ailəsi o vaxtdan keçmiş başçı ilə görüşə bilmirdi. Üstəlik, onun ailəsinin tutduğu vəkildən imtina etdiyi açıqlanmışdı.

Bundan sonra ailəsi keçmiş başçıya işgəncə verildiyini və təzyiq altında vəkildən imtina etdiyindən şübhələndiklərini açıqlamışdılar.

Qeyd edək ki, dünən S.Rüstəmovun işgəncələrə dözməyərək dünyasını dəyişdiyi ilə bağlı xəbər yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun