"Kanal 13"ün direktoru azadlığa buraxılıb

"Kanal 13"ün direktoru azadlığa buraxılıb
5 Aprel 2018
Mətni dəyiş

"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov azadlığa buraxılıb.

Bu barədə vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında deyib.

Vəkil bildirib ki, Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə Ə.Orucovun kassasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilib. 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif edilib. Məhkəmə onun barəsində şərti cəza çıxarıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ə.Orucov 6 il həbs cəzasına məhkum edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun