Bəşər Əsəd kimyəvi silah işlətdi, yüzdən artıq ölü var [foto]

Bəşər Əsəd kimyəvi silah işlətdi, yüzdən artıq ölü var [foto]
8 Aprel 2018
Mətni dəyiş

Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində yüzdən artıq dinc sakin ölüb.

Bu barədə BBC məlumat yayıb.

Suriyada bombardmanlar altında qalan dinc əhalini xilas etməyə çalışan “Ağ dəbilqilər” təşkilatının bildirdiyinə görə azı 150 dinc sakin ölüb və yüzlərlə insan xəsarət alıb. Xilasedicilər bildirir ki, bir çox ailələr bütövlükdə həlak olublar və onların meyitləri gizləndikləri sığınacaqlarda qalıb. Ölənlər arasında çoxlu qadın və uşaqların da olduğu bildirilir. Ölənlərin sayının artacağı gözlənilir.

Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun