Thereza May Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib

Thereza May Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib
18 Mart 2018
Mətni dəyiş

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Thereza May bildirib.

“Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik.  Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz  bizə hərtərəfli dəstək verir”, – deyə May qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun