KXDR lideri nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib

KXDR lideri nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib
9 Mart 2018
Mətni dəyiş

Şimali Koreya lideri Kim Jong Un nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin  təhlükəsizlik üzrə müşaviri Chon İn Jong  bildirib.

Jong-un sözlərinə görə, bir neçə gün öncə KXDR lideri ilə baş tutmuş danışıqlar zamanı Kim Jong Un nüvə və raket sınaqları keçirməyəcəklərini bildirib:

"Prezident Donald Trump-a bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə  sadiq olduğunu ifadə edib. Kim Jong Un  KXDR-in nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun