Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
31 Mart 2018
Mətni dəyiş

Martın 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nureddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoria arasında üçtərəfli görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə çıxışı zamanı general-polkovnik Zakir Həsənov Azərbaycanda 31 mart tarixinin Azərbaycanlıların Soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilmiş və itkin düşmüşdür.

Soyqırımı ilə əlaqədar Türkiyənin Milli müdafiə naziri Nureddin Canikli xalqımıza baş sağlığı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun