SOCAR-ın trest rəisinə görə işçisi 10 min manat cərimələndi

SOCAR-ın trest rəisinə görə işçisi 10 min manat cərimələndi
15 Fevral 2018
Mətni dəyiş

SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəliyə görə bu qurumun keçmiş işçisi Arif Qəmbərov 10 min manat cərimələnib.

Fevralın 16-da Sabunçu Rayon Məhkəməsində bu haqda qərar çıxarılıb.

İ.Şirəli keçmiş işçisindən məhkəmənin müəyyənləşdirdiyi məbləğdən beş dəfə çox – 50 min manat tələb edirdi. Rəisin iddiasına görə, 2017-ci ilin yayında işdən çıxarılan A.Qəmbərov mətbuat vasitəsilə onu təhqir edib, işgüzar nüfuzuna zərbə vurub.

Sabunçu Rayon Məhkəməsinin hakimi İmran Burcayevin çıxardığı qərarda A.Qəmbərovun keçmiş rəisinə 10 min manat ödəməsi ilə yanaşı, həm də “Nia.az” saytında təkzib verilməsi öhdəliyi əksini tapıb.

A.Qəmbərov qərarla razılaşmır və apellyasiya şikayəti veriləcəyini deyir. Cavabdeh eyni zamanda, qərar çıxarmış hakimdən də Məhkəmə-Hüquq Şurasına şikayət edib. Çünki məhkəmədə onun heç bir vəsatəti təmin olunmayıb.

“Dövlət əmlakının mənimsənilməsi məsələsini sübut etmək üçün məhkəmədən SOCAR-ın “Kompleks Qazma İşləri” Trestindən obyektlər üzrə aktlar və maliyyə sənədləri, orada çalışanların İsgəndər Şirəli ilə qohumluğunun təsdiqi üçün ştat cədvəlinin alınmasını xahiş etdik. Vəsatətimiz təmin olunmadı. “Nia.az” saytında gedən yazıların mənə aid olması haqda heç bir sübut ortaya qoyulmadı. İsrar etsək də, hakim qarşı tərəfdən bunu təsdiqləyən sübut tələb eləmədi. Ekspertiza haqda vəsatətimiz təmin olunmadı. Bir sözlə, hakim heç bir araşdırma aparmadan əleyhimizə qərar çıxardı”, - A.Qəmbərov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun