Orduxan Teymurxanın yaxınları yenə polisə aparılıb

Orduxan Teymurxanın yaxınları yenə polisə aparılıb
18 Fevral 2018
Mətni dəyiş

Hollandiyada yaşayan mühacir, bloqqer Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumlarına təzyiqlər artıb.

Bu haqda onun özü məlumat yayıb.

Orduxan Teymurxanın sözlərinə görə, bu gün, fevralın 17-si onun Bakıda yaşayan bacılarının evlərinə polislər gəlib. Bacısı oğullarının saxlandığını bildirən bloqqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdıdır.

Son günlər Avropanın müxtəlif şəhərlərində Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə aksiyalar təşkil etdiklərini qeyd edən O.Teymurxan 10 ildir ki, Azərbaycandakı yaxınları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

“Onlara məcbur olub, məndən imtina da ediblər. Orda baş verənlər bizim Avropada təşkil etdiyimiz aksiyalara heç bir təsir göstərməyəcək. Aksiyalara davam edəcəyik”, O.Teymurxan deyib.

Blooqerin söylədiklərinə Suraxanı rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb. “Turan” agentliyinin xəbərində vurğulanır ki, idarənin növbətçi hissəsindənonların suallarını cavablandlırmaqdan imtina ediblər.

Daxili İşlər Nazirliyindən də O.Teymurxanın söylədiklərinə münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırladaq ki, Orduxan Temirxanın fəaliyyətinə görə Azərbaycandakı qohumları bundan əvvəl də təqib və təzyiqə məruz qalıb, inzibati həbslə cəzalandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun