İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib [yenilənib]

İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib [yenilənib]
6 Fevral 2018
Mətni dəyiş

Prezident İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bridget Brink-i qəbul edib.

Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı İlham Əliyev ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstəyin önəmini vurğulayıb.

Bridget Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı. O, ABŞ-ın Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olunub, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunulub, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun