Türkiyə: Afrin əməliyyatı ilə bağlı tənqid yazan yüzlərlə insan həbs edilib

Türkiyə: Afrin əməliyyatı ilə bağlı tənqid yazan yüzlərlə insan həbs edilib
30 Yanvar 2018
Mətni dəyiş

Türkiyədə Suriyadakı sərhəd boyunca ölkənin hərbi əməliyyatını tənqid edən onlayn mesajlar yazmış 300-dən çox adam həbs olunub.

Kürdləri Suriyanın şimali bölgəsi Afrindən çıxarmaq üçün başladılan hərbi əməliyyatı tənqid edən mesajlar sosial şəbəkələrdə paylaşılıb.

Mesajları yazan sosial şəbəkə istifadəçiləri "terrorçu təbliğatını yaymaq" ittihamı ilə saxlanılıblar.

Türkiyə hakimiyyəti Afrin əməliyyatına qarşı çıxan və ya tənqid edən şəxsləri təqib edəcəyi barədə xəbərdarlıq etmişdi.

Bazar ertəsi Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib ki, 10 gün əvvəl əməliyyata başladıqdan sonra "terrorist təbliğatın yaydıqları" üçün 311 nəfər həbs edilib.

Tutulanların arasında siyasətçilər, jurnalistlər və fəallar da olub.

Bu prezident Recep Tayyip Erdoğanın Türk Təbiblər Birliyini (TTB) müharibə əleyhinə yazdıqları mesaja görə qınadıqdan sonra baş verib.

Cənab Erdoğan hərbi əməliyyatın humanitar faciəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edən tibbi birliyin həkimlərini "pis" və "terrorçu sevənlər" adlandırıb.

O, belə şərhlərin "xəyanət" olduğunu deyib və birliyin üzvlərini "imperializmin agentləri" olaraq xarakterizə edib.

Daxili İşlər Nazirliyi TTB-nin hərəkətləri ilə əlaqədar istintaq başladıldığını söyləyib.

Kürd fəalları deyir ki, "Türkiyənin Afrinin şimal-qərb sərhəd bölgəsindəki Xalq Təhlükəsizliyi Birləşmələri (YPG) əleyhinə hava və quru hücumundan sonra mülkilər ölüb".

Rəsmi Ankara belə iddiaların "əsassız təbliğat" olduğunu söyləyib.

BMT-nin sözçüsü deyib ki, təxminən 5000 nəfər Türkiyənin başçılıq etdiyi qüvvələr və kürd döyüşçüləri arasında toqquşmalar nəticəsində qaçıb.

Türkiyənin hava hücumlarından bölgədəki qədim bir məbədin ciddi şəkildə ziyan gördüyü də bildirilir.

Cənab Erdoğan Afrin və Suriyanın şimal sərhədinin 400 km-dən çox hissəsinə nəzarət edən YPG yaraqlılarını "əzməyi" vəd edib.

Türkiyə deyir ki, YPG ölkənin cənub-şərqindəki Kürd muxtariyyəti üçün üç onillik ərzində mübarizə aparan Kürd İşçi Partiyasına (PKK) bağlıdır. YPG PKK ilə birbaşa əlaqələrini inkar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun