Gəncədə intiharın qarşısı alınıb

Gəncədə intiharın qarşısı alınıb
12 Yanvar 2018
Mətni dəyiş
Gəncə şəhərində naməlum şəxs intihara cəhd olub Abzas.net əbər verir ki, intiharın qarşısı alınıb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub. Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub. *09:50 Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun