Bakıda avtobus yoldan çıxaraq aşıb, yaralılar var [Foto]

Bakıda avtobus yoldan çıxaraq aşıb, yaralılar var [Foto]
7 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 6-da Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə Zığ şossesində baş verib, 175 saylı avtobusun dərəyə yuvarlandığı bildirilir.

Məlumata görə, qəza nəticəsində 15 nəfərin xəsarət alıb. Yaralananlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar Sabunçudakı 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub və qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər. Bir neçə saatdan sonra sürücü saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Yaralıların adları aşağıdakı kimidir:

1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü

2. Teymurova Afət Seyfəddin qızı, 1974

3. Cəfərova Sevda Mütəllim qızı, 1961

4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,

5. Qurbanova Mətanət Əzim qızı, 1960

6. Həsənov Taleh Fuad oğlu, 1998

7. Savgin Vasili Aleksandr oğlu, 1975

8. Hüseynli Müşfiq Hicran oğlu, 1998

9. Babayeva Tahirə İlyas qızı, 1976

10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959

11. Yedyayeva İrina Valeri qızı , 1975

12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981

13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003

14. Məmmədli Aygül Vüqar qızı, 2002

15. Namazov Sədi Qəhrəman oğlu, 1938

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun