Avropa Məhkəməsində Azərbaycanla bağlı işlərin sayı 2 dəfədən çox artıb

Avropa Məhkəməsində Azərbaycanla bağlı işlərin sayı 2 dəfədən çox artıb
25 Yanvar 2018
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatını açıqlayıb.

Abzas.net xəbər verir ki, hesabatda Azərbaycanla bağlı məhkəmə işlərinin statistikası da açıqlanıb.

Bildirilir ki, 2017-ci ildə Azərbaycandan AİHM-ə 679 şikayət daxil olub. Bu şikayətlərdən 210-u qəbul edilməyib, 97 iş üzrə qərar çıxarılıb.

Daha 168 şikayət kommunikasiya mərhələsində olub.

2016-cı illə müqayisədə 2017-ci ildə daxil şikayətlərin sayı 2 dəfədən çox artıb.

Belə ki,  2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 şikayət daxil olub. Onların 136-sı qəbul olunmayıb, 50-si üzrə isə qərar çıxarılıb.

Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun