Türkiyə Rusiyadan 2.5 mlrd. dollar dəyərində “S-400” zenit-raket kompleksi alıb

Türkiyə Rusiyadan 2.5 mlrd. dollar dəyərində “S-400” zenit-raket kompleksi alıb
27 Dekabr 2017
Mətni dəyiş

Türkiyə Rusiyadan 4 divizion “S-400” zenit-raket kompleksi alıb.

Abzas.net xəbər verir ki, bu barədə “Rostex”in baş direktoru Sergei Chemezov açıqlamasında bildirib.

Bu raket kompleksi Türkiyə tərəfinə 2.5 milyard dollara başa gələcək.

Chemezov bildirib ki, məbləğin bir hissəsis avans şəklində, yerdə qalan hissəsi isə kredit hesabına ödənəcək:

"Müqavilə üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun