Statistika Komitəsi: "Bakıda 17 min 576 nəfər işsiz var"

Statistika Komitəsi: "Bakıda 17 min 576 nəfər işsiz var"
4 Dekabr 2017
Mətni dəyiş

2017-ci ilin oktyabr ayında Bakı şəhəri üzrə işsizliyə görə müavinət alan 2407 nəfərə hesablanmış orta aylıq məbləğ 308,77 manat olub.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, paytaxt üzrə işsizlik statusuna malik olanların 6746 nəfərini qadınlar təşkil edib.

İşçi qüvvəsinə olan tələbat oktyabr ayının axırına şəhər üzrə cəmi 2045 nəfərdir, onlardan 1746 nəfəri fəhlələrdir.

Bakıda işsizlik statusuna malik olanların sayı cəmi 17576 nəfərdir. Paytaxt üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə aşağıdakı kimi xarakterizə olunur:

İşsizlik statusuna malik olanlar Onlardan işsizliyə görə müavinət alanlar
Bakı şəhəri, cəmi 17 576    2457
     o cümlədən rayonlar:
Binəqədi 1 100 192
Xətai 3 317 338
Xəzər 1 406 94
Qaradağ 491 181
Nərimanov 1 651 130
Nəsimi 2 149 438
Nizami 1 336 211
Pirallahı 17 13
Sabunçu 1 446 227
Səbail 582 137
Suraxanı 1 502 242
Yasamal 2 579 254

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun