Saakashvili-nin mitinqində qarşıdurma yaranıb [video]

Saakashvili-nin mitinqində qarşıdurma yaranıb [video]
17 Dekabr 2017
Mətni dəyiş

Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakashvili-nin tərəfdarlarının "İmpiçment marşı" aksiyası keçirir.

Abzas.net xəbər verir ki, Saakashvili Shevchenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.

Mitinqçilər əllərində bayraqlar tutublar və "Yaşasın Ukrayna" və "İmpiçment" şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edib.

Saakashvili tərəfdarları Kiyevdəki Oktyabr Sarayına daxil olmağa çalışıb. Onların qarşısını binadakı Milli Qvardiya əsgərləri kəsib. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Saakashvili tərəfdarlarını zorakılıqdan çəkinməyə çalışıb. O bildirib ki, inzibati binaların zəbtinə, şüşələrin sındırılmasına qarşıdır. Odessanın keçmiş qubernatoru mübarizəsinin dinc mübarizə olduğunu deyib: "Biz dinc aksiyaları davam etdirməliyik. Sayımız milyonlara çatanda o qapılar, pəncərələr qarşımızda özü açılacaq". Bu arada Ukrayna polisi Oktyabr Sarayı ətrafında baş verənlərə görə cinayət işi qaldırıb. [embed]https://www.youtube.com/watch?v=8CiPi80ELe4[/embed] [embed]https://www.facebook.com/SaakashviliMikheil/videos/1785214964842210/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun