Azərbaycanda ''MoneyPolo''-nun fəaliyyəti dayandırıldı

Azərbaycanda ''MoneyPolo''-nun fəaliyyəti dayandırıldı
26 Dekabr 2017
Mətni dəyiş

Azərbaycanda “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı.

Abzas.net xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dekabrın 25-də bununla bağlı açıqlama yayıb. Palatanın qərarında bildirilir ki, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemlərinin, onların təqdim etdikləri xidmətlərin etibarlılığına və təhlükəsizliyinə nəzarət edilir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

“Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını, ölkəmizin ərazi bütövlüyünü tanımayaraq, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib” – məlumatda qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun