N!DA üzvü Ülvi Həsənli ilə bağlı bəyanat yaydı - Siyasi xadimlərin şərhləri

N!DA üzvü Ülvi Həsənli ilə bağlı bəyanat yaydı - Siyasi xadimlərin şərhləri
28 Oktyabr 2017
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü və Abzas.net saytının əməkdaşı Ülvi Həsənlinin qanunsuz şəkildə hərbi xidmətə aparılması ilə bağlı etirazlar davam edir.

Abzas.net xəbər verir ki, NİDA bu məsələ ilə bağlı bəyanat yayıb. Bundan əlavə siyasi-ictimai xadimlər də bu hadisə haqqında öz fikirlərini bildiriblər.

Hərəkatın verdiyi bəyanatda bildirilir ki, daha öncə keçdiyi müayinələr zamanı Ülvi Həsənlinin səhhətində bir neçə problem aşkarlanıb, lakin sonradan komissarlıq bu problemləri görməzdən gələrək saxta sənəd hazırlayıb və bunun əsasında NİDA İH üzvü sağlamlığı yol vermədiyi halda hərbi xidmətə aparılıb:

"Ülvi Həsənli 2016-cı ilin sentyabrında tibbi müayinədən keçib. Nəticədə onda revmatizm və ürəyində problem aşkar olunub. Buna görə də Gəncə Hərbi Komissarlığı 2019-cu ilədək möhlət hüququ verib. Bu ilin oktyabr ayının əvvəlində evlərinə Hərbi Komissarlıqdan bildiriş gəlib. Yenidən müayinə olunub, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu aşkar olunub. Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən USM-dən keçib və bu müayinənin nəticəsini əks etdirən sənəddə revmatizm, ürək və böyrəklərindəki problemlər göstərilməyib. Əvəzində isə sağlam olduğuna dair saxta sənəd tərtib olunub.

Oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasında Hərbi Polis tərəfindən saxlanılaraq Komissarlığa aparılıb. Ordan isə cəbhə bölgəsinə göndərilib. Bildiririk ki, sağlamlığı hərbi xidməti yerinə yetirməyə imkan vermədiyi halda, möhlət hüququ bitmədən, aparılacağı barədə xəbərdarlıq edilmədən, faktiki olaraq oğurlanaraq hərbi xidmətə aparılıb." Hərəkat bunun siyasi sifariş olduğunu bildirərək, Ülvi Həsənlinin Nidada və Abzas.net saytındakı fəaliyyəti ilə əlaqəli olduğunu bəyan edib:
[caption id="attachment_49865" align="aligncenter" width="960"] Ülvi Həsənli[/caption]
"Nida Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, Ülvi Həsənlinin bu qaydada hərbi xidmətə aparılması siyasi sifarişdir, qanunsuzdur, Nidadakı və Abzas.net saytındakı fəaliyyətinə görədir. Tələb edirik ki, Ülvi Həsənli geri qaytarılsın və yenidən şəffaf şəkildə müayinədən keçirilsin. Əks təqdirdə Ülvi Həsənlinin hərbi xidmət dövründə başına gələcək istənilən hadisəyə görə məsuliyyəti birbaşa ordu rəhbərliyi və Azərbaycan hakimiyyəti daşıyacaq" - deyə bəyanatda bildirilib."

Ülvi Həsənlinin bu formada, qanunsuz şəkildə hərbi xidmətə aparılmasına bir sıra siyasi-ictimai xadimlər də münasibət bildirib.

AXCP sədri Əli Kərimlinin fikrincə, hakimiyyə Ülvini fəaliyyətsiz hala gətirmək üçün bu addımı atıb:

[caption id="attachment_49866" align="aligncenter" width="1132"] Əli Kərimli[/caption]

"Bizim mübarizəmiz hәm dә bu avtoritar, anti-milli hakimiyyətin qürur yerimiz olan ordumuzu cəzaçəkmə müəssisəsinə, pul qazanılan obyektə çevirmәsinә qarşıdır. Ülvi Həsənli bu ölkənin ən qabiliyyətli, əqidəli, mübariz gənclərindən biridir. Üzləşdiyi ağır repressiyalara baxmayaraq NİDA hərəkatının bu gün də ayaqda qalmasının səbəbkarlarından biridir Ülvi bəy. Anti-milli hakimiyyət də bunu gördü, Ülvi bəyi siyasi fəaliyyətindən uzaqlaşdırdı. Həm də bunu çox ədəbsiz və qanunsuz formada etdi. Ülvi bəyin hərbi çağırışdan 2019-cu ilə qədər möhlət hüququ olsa da, onu bu gün oğrlayıb, əsgər aparıblar. Sanki əsgərlik Vətənə xidmət yox, cəza yeridir."

REAL Hərəkatının icra aparatının rəhbəri Natiq Cəfərli də hadisə haqqında fikirlərini yazıb:

[caption id="attachment_49860" align="aligncenter" width="1280"] Natiq Cəfərli[/caption]

"Ulvi Hasanli-nin 2019-cu ilə qədər ordudan möhlət hüququ olmasına baxmayaraq, bu gün küçədə saxlayıb əsgər aparıblar. Hökumət Ülviyə böyük hörmət göstərib, yəqin 2019-a qədər Qarabağı, Şuşanı alacaqlar, istəmirlər ki, bu hadisələr onsuz baş versin."

Hərbi ekspert Cəsur Sümərənli bu məsələyə münasibət bildirərkən xəstə adamların hərbi xidmətə aparılmasının artıq bir ənənə halına gəldiyini vurğulayıb:

"Ordunun "sağlamlığı" və yaxud Ülvi Həsənli nəyi bir daha ortaya çıxardı? NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin qanunsuz olaraq hərbi xidmətə aparılması bir yana, onunla bağlı sosial şəbəkələrdə dərc olunan şərhlərdəki faktlara aydınlıq gətirilməlidir. - Silahlı Qüvvələrə müxtəlif ciddi xəstəlikləri olan vətəndaşlar aparılmaqdadır. Buraya əsasən ürək və böyrək problemi, revmatizm, göz zəifliyi, çəki azlığı, hərəkət məhdudiyyəti olanlar daxildir. Çağırış komissiyası vətəndaşların müayinəsinə ciddi yanaşmır, müxtəlif xəstəlikləri olanları "sağlam" olaraq qeyd edirlər. Sosial şəbəkələrdə bu mövzuda xeyli sayda məlumat, fakt, fikir dərc olunub."

[caption id="attachment_49861" align="aligncenter" width="1920"] Cəsur Sümərənli[/caption]

Cəsur Sümərənlini bildirib ki, hərbçilər ruşvət qarşılığında müalicə alırlar:

"Hərbi hissələrdə hərbçilərin müalicəsi rüşvətlə həyata keçirilir. Bununla bağlı sosial şəbəkə iştirakçılarının məlumatları müxtəlifdir; - Hərbi hissələrdəki həkimlərin bir çoxunun tibbi bilikləri ya yoxdur, ya da çox aşağıdır. Həkimlər bir çox hallarda səhv diaqnoz təyin edirler. Eyni zamanda dərmanların keyfiyyəti çox aşağıdır. Əslində bu məlumatlar yeni deyil. Amma dünənki hadisədən sonra bir daha yeniləndi. Bu səbəbdən Azərbaycan Müdafiə Nazirliyi ve Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti təcili bu iddialara cavab verməlidir."

[caption id="attachment_49862" align="aligncenter" width="3793"] Müşviq Vəliyev[/caption]

Millətçi Gənclər Təşkilatının sədri Müşviq Vəliyev də Ülvi Həsənlinin qanunsuz şəkildə hərbi xidmətə aparılması barəsində düşüncələrini bölüşüb:

"Ordu şərəfdir, ordu namusdur. Təbii ki, Azərbaycan Respublikası ordusunda xidmət etmək, sağlamlığı yerində olan hər bir vətəndaşımızın mənəvi və hüquqi borcudur. Ancaq ordunu siyasətə alət etmək, ordu ənənələrinə qarşı çıxmaq, yolverilməzdir, orduya xəyanətdir. Gənc siyasi fəal dostumuz Ülvi Həsənli bəyin səhhəti ilə əlaqədar 2019-cu ilə qədər möhlət hüququna baxmayaraq, aktiv siyasi fəaliyyətindən dolayı qeyri qanuni şəkildə, anidən götürülərək orduya əsgər kimi aparılmışdır. Orduya fiziki sağlamlığı yerində olmayan fərdin aparılması hüquqa, tibbə və ən əsası ordu quruculuğuna zidddir. Hüquqi, tibbi, ordu quruculuğu aspektlərindən məsələyə yanaşaraq bu haqqsızlığı şiddətlə qınayır, şanlı ordumuzun siyasi məsələlərə alət edilməsini dövlətçiliyimiz əleyhinə atılmış bir addım olduğunu düşünürük. Bu hadisə açıq savaş getdiyi zaman baş versəydi, düşünürəm ki, Ülvi bəy sağlamlığını nəzərə almadan könüllü döyüşə gedərdi."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun