Hərbi polis Ülvi Həsənlini küçədən oğurladı

Hərbi polis Ülvi Həsənlini küçədən oğurladı
26 Oktyabr 2017
Mətni dəyiş

Hərbi polis Nida Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Ülvi Həsənlini küçədən oğurlayıb.

Abzas.net xəbər verir ki, bu barədə Nida Vətəndaş Hərəkatı məlumat yayıb.

Məlumata görə, Ülvi Həsənlini müayinə üçün getdiyi xəstəxanadan hərbi polisə ordan da cəbhə bölgəsindəki korpuslardan birinə aparıblar.

"Ülvi Həsənli Hərbi komissarlıqda tibbi müayinədən keçən il sentyabrda və bu ilin əvvəlində keçib, revmatizm və böyrək problemlərinə (3 ədəd daş) görə 2019-cu ilədək möhləti vardı. Oktyabrın əvvəlində evlərinə yenidən bildiriş gəldiyi üçün Hərbi Komissarlığa gedib, orada yenidən müayinəyə salıblar, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu təsdiqlənib.

Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən USM-dən keçəndə deyiblər böyrəyi sağlamdır Bu gün oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasında (5 nömrəli xəstəxananın yanı) hərbi polis gəlib, onu aparıb komissarlığa.

Komissarlıqda izahat yazdırdıqdan sonra hərbi polisə, ordan da cəbhə bölgəsindəki korpusa aparıblar. Çağırış müddəti bitməyib, ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməyib, evdəkilərlə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməyib. Faktiki sağlamlığı hərbi xidmətə imkan verməyən adamı oğurlayıb, əsgər aparıblar" - deyə məlumatda bildirilir.

"Ülvi Həsənli, başıma bir iş gələrsə, cavabdeh hökumətdir, deyir. O, hərbi xidmətini, sağlamlığı imkan verəcəyi təqdirdə, qanuni şəkildə həyata keçirmək istəyir. Küçədən oğurlanaraq yox" - deyə yayılan məlumatlarda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun