Vergilər Nazriliyi “Turan”a qarşı vergi sanksiyalarını bərpa edib

Vergilər Nazriliyi “Turan”a qarşı vergi sanksiyalarını bərpa edib
19 Sentyabr 2017
Mətni dəyiş

Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib. Bu barədə agentliyin özü məlumat yayıb. 

Sentybarın 18-də 'Turan'ın elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Sentybarın 12-si isə, nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər.

Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında Turana 4 min manat manatlı sanksiya qoymuşdu. "Turan"ın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.

Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq cinayət işi qaldırıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyytədən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddərlərilə cinayət işi başlanıb. M.Əliyev isə bütün itithamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun