Rusiyada 2030-cu ildə iqtisadi şok gözlənilir

Rusiyada 2030-cu ildə iqtisadi şok gözlənilir
8 Sentyabr 2017
Mətni dəyiş

2030-cu ilə Rusiyada yaşı 40-a qədər olan işçilərin sayı 25% azalacaq və bu da ölkə iqtisadiyyatında şoka səbəb olacaq. 

"Report" "Rambler News Servise"ə istinadən xəbər verir ki, bu açıqlama ilə Moskvada keçirilən maliyyə forumunda Ali İqtisadiyyat Məktəbinin Elmi-araşdırma institutunun Əmək araşdırmaları mərkəzinin direktoru Vladimir Gimpelson çıxış edib.

"Əgər son 15 ildə məşğulluq artıbsa və orta yaş həddi azalıbsa, gələcək 15 ildə tam əksinə olacaq. Rusiyanın demoqrafik proqnozlarının əmək bazarına təsirini hesablasaq, o zaman 2030-cu ilə qədər məşğulluq 8% və yaxud 6 mln. nəfər azalacaq. Son 15 ildə əmək bazarında gənc insanların sayı artırdısa, növbəti illərdə onlar 2015-ci illə müqayisədə 25% azalacaq. Bu isə ölkə iqtisadiyyatı üçün böyük şok yaradacaq",- deyə o, qeyd edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun