Özbəkistanın milli valyutası 48% ucuzlaşdırılıb

Özbəkistanın milli valyutası 48% ucuzlaşdırılıb
5 Sentyabr 2017
Mətni dəyiş

Özbəkistan Mərkəzi Bankı bu gün ABŞ dollarının rəsmi məzənnəsini 48% artıraraq 8 100 sum səviyyəsində müəyyənləşdirib. 

"Report" xəbər verir ki, qurum qərarını valyuta siyasətinin liberallaşdırılmasına başlaması ilə izah edib.

Mərkəzi Bankdan verilən açıqlamada deyilir ki, sumun xarici valyutalara nisbətən məzənnəsi banklararası elektron ticarət əsasında və tələb-təklif əsasında formalaşacaq. Qurum bu əməliyyatlarda iştirakını minimuma endirib və ancaq kəskin dalğalanmalar zamanı bazara müdaxilə edə biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun