ATV-nin rəhbəri işdən qovuldu, "Turan"ın yetirməsi kanalın yeni rəhbəri oldu

ATV-nin rəhbəri işdən qovuldu, "Turan"ın yetirməsi kanalın yeni rəhbəri oldu
26 Sentyabr 2017
Mətni dəyiş

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı, aparıcı Turan İbrahimov və 15-ə yaxın əməkdaş vəzifəsindən azad olunublar.

Bu gün məlum olub ki, CBC telekanalının direktoru Azər Xəlilov vəzifəsindən azad edilmiş Vüqar Qaradağlının yerinə ATV telekanalının direktoru təyin edilib.

Qaradağlının vəzifədən azad edilməsinin səbəbləri açıqlanmır, amma sosial şəbəkələrdə yayılan məlumatlara görə, telekanalın bir sıra verilişləri ölkə rəhbərliyinin narazılığına səbəb olurdu, çünki "ayrı-ayrı qrupların maraqlarını əks etdirirdi".

Azər Xəlilova gəlincə, o, müxtəlif illərdə Turan agentliyində, BBC radiosunda və ATV kanalında, daha sonra isə həm də CBC kanalında işləyib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun