Asiya İnkişaf Bankı Azərbaycana 800 mln.dollar ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycana 800 mln.dollar ayıracaq
27 Sentyabr 2017
Mətni dəyiş

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycan üçün 2017-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib.

Biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb.

ADB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Plan üzrə dövlət öhdəliklərinin və kredit proqramının həyata keçirilməsi üçün 2018-2020-ci illər arasında 780 mln. dollar həcmində kreditin və 2,5 mln. dollar həcmində texniki yardımın ayrılması nəzərdə tutulur. Bankın Bakı ofisi isə bu proqramı 900 mln. dollar civarında qiymətləndirib.

2017-ci ildə isə ADB Azərbaycana ümumi dəyəri 450 mln. dollar olan iki kredit və 1,225 mln. dollar dəyərinə texniki yardım ayıracaq.

Sənəddə qeyd olunur ki, ADB hökumətin dövlət-özəl əməkdaşlıq proqramını da maliyyələşmə üçün nəzərdən keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun