ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb
9 Sentyabr 2017
Mətni dəyiş

Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 21 797,79 bəndədək bahalaşıb, S&P 500 0,15% - 2 461,43 bəndədək, NASDAQ isə 0,59% - 6 360,19 bəndədək ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,26% - 7 377,60 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,06% - 12 303,98 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,02% - 5 113,49 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar artaraq 1 351,20 dollara, gümüş isə 0,01 dollar artaraq 18,12 dollara satılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun