'3 milyard Azərbaycandan çıxarılan çirkli pulun kiçik hissəsidir, araşdırmalar davam edir'

'3 milyard Azərbaycandan çıxarılan çirkli pulun kiçik hissəsidir, araşdırmalar davam edir'
13 Sentyabr 2017
Mətni dəyiş

"Mehriban Əliyevanın və qızlarının biznes partnyorları da pulyuma maşınına ən çox pul köçürən şirkətlə əlaqədardırlar"

Abzas.net xəbər verir ki, bu fikirləri OCCRP-nin direktoru Paul Radu Sevinc Osmanqızı ilə müsahibəsində səsləndirib. Araşdırma müəlliflərindən biri olan P.Radu nəhəng korrupsiya izlərinin hardan gəldiyini, sənədləri necə tapdıqlarını

"Rusiyanın pulyuma maşını" araşdırmasının davamı

 - Əvvəla onu deyim ki, bu başqa bir layhənin davamı idi. Biz onu "Rusiyanın pulyuma maşını" adlandırmışdıq. Araşdırma ilin mart ayında işıq üzü gördü. Əvvəlki layhə Rusiyadan 20 milyarddan çox pulun yuyulmasının detallarını ifşa edirdi. Biz onu martda çap etdik və onun nəticəsi olaraq, bizim Danimarkadakı partnyorumuz - Danimarkanın qədim qəzeti olan "Berlinski" yeni məlumatlar əldə etdi. Bu da ona görə baş verdi ki, bundan əvvəlki, Rusiyanın "landramat" layhəsində biz "Donetske" bankını çirkli pulların yuyulmasında iştirak edən əsas bank kimi göstərmişdik.

Bu dəfəki araşdırmanı biz mart ayında başladıq, təhlükəsiz sahə yaratdıq. Təxminən 15 ölkəylə işlədik. Mən bu ölkədəki jurnalistləri bir araya gətirdim. Onları təhlükəsiz zonaya dəvət etdim. Biz bir-birimizlə əlaqə qurduq, fikirlərimizi bölüşdük, əldə etdiklərimizi araşdırmaq üçün müzakirələr apardıq. İş belə aparıldı.

 - Yəni siz deyirsiniz ki, Rusiyada çirkli pulların yuyulmasında iştirak edən eyni bankdan Azərbaycanda da istifadə olunub. Bu sizə daha hansı ipucuları veri?

 - Dediyim kimi, bizim birinci layhə - Rusiya layhəsi Azərbaycandan daha böyük idi. 20 milyarddan çox pulun yuyulmasını əhatə edirdi. Bu bizə nümayiş etdirdi ki, Avropa Birliyinin bankları çox üzüyoladır. Onlar hesablarına külli miqdarda pul köçürüləndə çox sorğu-sual etmirlər. Azərbaycan əməliyyatı da eyni üsulla, eyni sxem üzrə işləyib. Hətta 2 pulyuma maşını arasında ciddi kəsişmə sxemi də var. Rusiyanın pulyuma maşınında iştirak edən şirkətlər, Azərbaycanın da pulyuma maşınında iştirak ediblər.

Biz pulların Azərbaycandan xaricə köçürülməsində eyni agent və şirkətlərin iştirak etdiyini görürük. Hər iki çamaşırxanada kəsişmə və üst-üstə düşmə çoxdur. Bu hələ Şərqi Avropada fəaliyyət göstərən 2 'landromat'dı. Biz Azərbaycandan xaricə təxminən 3 milyard dollar pulun çıxarılmasını araşdırıb üzə çıxartsaq da, bu ölkədə olan pul yuyulmasının hələ çox kiçik bir hissəsidir. Azərbaycan məmurlarının iştirak etdiyi maxinasiyaların həcmi bundan daha böyükdür.

 - Bu kəsişmə, eyni oyunçuların iştirak etməsi sizi nə düşünməyə vadar etdi?

 - Bilirsinizmi, bu sistemdir və onun yaranması vaxt tələb edir. Biz ilk çamaşırxananı 2010-2011-ci ildə müəyyən etmişik. Biz onda gördük ki, çirkli pulun yuyulmasında iştirak edən platforma bütün dünyada kriminal dairələr tərəfindən istifadə olunur. Məsələn, biz bank hesabları tapmışdıq ki, onlardan Meksikanın, Vyetnamın, Rusiyanın mütəşəkkil cinayətkarlıq şəbəkələri istifadə edirdilər. 2008-dən bu yana bu paralel bank sistemi həqiqi bank sistemləri ilə də əməliyyatlar aparıb. Avropada, ABŞ-da, Çində dünyanın digər ölkələrindəki həqiqi bank sistemlərindən istifadə edib, lakin, qeyri-qanuni əməliyyatlar üçün.

 - Mən bilirəm ki, araşdırmalar bu gün də davam edir və yeni yazılar işlənir. Bəs hələki, Azərbaycan 'landromat'ında çirkli pullarını müəyyən edə bildiyiniz ən yüksək rütbəli məmur kimdir?

 - Məncə, üzə çıxarılan ən maraqlılarından biri Yaqub Eyyubovun ailəsidir. O, Azərbaycan baş nazirinin birinci müavinidir. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən şəxsən təyin olunub. Yaqub Eyyubovun halında iki qism iştirakı görürəm. Əvvəla onun özü və ailəsi, o cümlədən, onun Avropa Şurasında səfir olan oğlu Azərbaycanın pulyuan maşınından şəxsən faydalandığı xidmətlər üçün istifadə edib. Məsəl üçün, dişlərin müalicəsi üçün, tibbi müalicə üçün. Siz 'landromat'da xırda pullar da görürsünüz ki, on min dollarlarla ölçülür. Eyni zamanda Yaqubov ailəsinin digər üzvü, Yaqubovun digər oğlu Orxan Eyyubov isə Azərbaycanın pulyuyan maşınından Macarıstana 7 milyon dollar göndərmək üçün istifadə edib.

Bu şirkətlər təbii ki, Vircin adalarındakı şirkətlərdir və çoxu ofşor şirkətlərdir. Lakin biz onların detallarını Panama sənədlərindən aşkar edə bilmişik. Bu köçürmələr də yenidən Orxan Eyyubova çıxmağa imkan verib. Biz bu transanksiyalara baxanda gördük ki, sənədlərdə Bakıda bir ünvan göstərilib. Bu ünvan isə başqa adamın yox, elə Yaqub Eyyubovun ünvanıdır. Odur ki, siz ortada Yaqubovlar ailəsini görürsünüz ki, yəqin Azərbaycanda ən nüfuzlu ailələrdəndir. Siyasi səhnədə ata Eyyubov və oğlu Eyyubovun vəzifələrini nəzərə alsaq. Onlar Azərbaycanın pulyuma maşınından istifadə edən və hələki faktla təsdiq edilən ən yüksək rütbəli məmurlardır.

 - Siz Yaqub Eyyubovun oğlu Emin Yaqubovla danışmısınız. O faktiki təsdiq edir ki, puldan Vaşinqtonun mərkəzindəki çox bahalı bir xəstəxana üçün istifadə olunub. Daha sonra hansısa bir 'konsiyerj' xidmətindən danışıb. Bu 'konsiyerj' nə xidmətdir və Emin Yaqubov nələri inkar edir? 

 - Emin Yaqubov bizim bütün suallarımızı cavablandırmadı. Suallarımızdan biri Macarıstana 7 milyon dollar köçürülməsi ilə bağlı idi ki, pullar Vircin adalarındakı "Elasco International Corporation" şirkətinin hesabına köçürülmüşdü. Yaqubov iddia edirdi ki, şirkət 'konsiyerj' idi və bu şirkət onlarla səhiyyə hesablarını ödəmək üçün işləyirdi. Amma bunu nəzərə almayıb ki, bu şirkət heç də onun "səhiyyə xərclərini" ödəyən 'konsiyerj' şirkəti deyil. Sonra o bizim sullarımızı cavablandırmaqdan imtina etdi və bizi digər məmurlarla bərabər ermənilərə, Sorosa işləməkdə ittiham etdi. Lakin o əsas sullara cavab vermədi ki, əgər bu 'konsiyerj' xidməti idisə, nəyə görə onlara milyonlarla dollar xərclənmişdi?.

 - Bəzi mətbuat orqanları yazır ki, araşdırmaların ipucu Azərbaycanın dövlət başçısı İlham Əliyevə gedib çıxır. Bu əlaqə nədən ibarətdir və sizə bu əlaqəni n olduğunu sübut edən dəlil varmı?

 - Siz Azərbaycan 'landramat'ına baxanda görürsünüz ki, pul bu maşına dövlət idarələrindən gəlir. Bura Fövqəladə Hallar Nazirliyi, digər nazirliklər, Təhlükəsizlik Xidməti və bu kimi qurum da daxildir. Bu onu göstərir ki, bu əməliyyatlara dövlət başçısı tərəfindən razılıq verilib. Bu əməliyyatların üstündə İlham Əliyevin möhürü yoxdur. Ona görə mən deyə bilmərəm ki, İlham Əliyev şəxsən burada iştirak edib. Mən deyə bilərəm ki, Azərbaycan dövləti bu əməliyyatlarda iştirak edib. Çünki onlar pulyuyan maşına pul göndəriblər.

Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın ailəsinə çıxan əlaqələr də var. Mehriban Əliyevanın və qızlarının biznes partnyorları da bu maşına ən çox pul köçürən şirkətlə əlaqədardılar. Onlar Beynəlaxlq Bankdan istifadə edərək, 1.4 milayrd pulu Azərbaycanın pulyuma maşınına köçürübdülər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun