"Bank sektorunun mənfəəti 52% azalıb" - Maliyyə Bazarlarına Nəzarət Palatası

"Bank sektorunun mənfəəti 52% azalıb" - Maliyyə Bazarlarına Nəzarət Palatası
4 Avqust 2017
Mətni dəyiş

2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat  və ya 52,4% azalıb.

Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun