Qiyas İbrahimin vəkili işgəncə ilə bağlı baş prokurora müraciət edib

Qiyas İbrahimin vəkili işgəncə ilə bağlı baş prokurora müraciət edib
10 İyul 2017
Mətni dəyiş

Vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Nida VH-nın üzvü Qiyas İbrahimin işgəncəyə məruz qalması ilə bağlı Baş prokuror Zakir Qaralova və ombudsman Elmira Süleymanovaya müraciət edib. 

Abzas.net xəbər verir ki, vəkil Baş prokurordan gənc fəalın işgəncəyə məruz qalması ilə əlaqədar araşdırma aparıb cinayət işinin başlanmasını xahiş edib.

"Eyni zamanda, Cəzaçəkmə Müəssisəsinin videokamera lent yazısının alınması vəsatəti qaldırılıb. Çünki həmin lent yazılarında Qiyas İbrahimə işgəncə verilməsi faktları öz təsdiqini tapır", - deyə vəkil bildirib.

İyulun 8-də Qiyas İbrahimlə görüşən vəkil Elçin Sadıqov onun işgəncəyə məruz qalması haqqında sosial mediada yayılan məlumatı təsdiqləyib.

Vəkil Qiyas İbrahimin özünün işgəncəyə məruz qalması barədə müraciətini də mətbuatda yayıb.

Xatırlatma

Nidaçı fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar.

Ancaq gəncləri qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun