"Rusiyanı 700-dən çox ABŞ diplomatı tərk edəcək" - "Kommersant"

"Rusiyanı 700-dən çox ABŞ diplomatı tərk edəcək" - "Kommersant"
29 İyul 2017
Mətni dəyiş

ABŞ-ın diplomatik nümayəndəliklərinin 700 -dən çox əməkdaşı Rusiyanı tərk edəcək.

Abzas.net xəbər verir ki, bu barədə iki diplomatik mənbəyə istinadən "Kommersant" məlumat verib.

Rusiya XİN-in ABŞ-dan dimlomatik korpusların əməkdaşlarının sayını 455 nəfərə endirilməsi tələbi səbəbilə, nümayəndəliklərin 700-dən çox əməkdaşı Rusiyanı tərk edəcək.

ABŞ səfirliyinin və konsulluqlarının Rusiyadakı əməkdaşlarının dəqiq sayı məlum deyil.

RİA "Novosti"-nin mənbəsi onların maksimum "600-700" nəfər təşkil etdiyini, və onlardan 200-300-nün ölkəni tərk edəcəyini bildirmişdi. "İnterfaks" yazırdı ki, Rusiyanı onlarla yox, yüzlərlə ABŞ nümayəndəliklərinin əməkdaşları tərk edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun