Kakha Kaladze Tbilisi mer seçkilərində namizəd elan olundu

Kakha Kaladze Tbilisi mer seçkilərində namizəd elan olundu
1 İyul 2017
Mətni dəyiş
Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyası Tbilisi şəhər meri vəzifəsinə namizədini rəsmən açıqlayıb. “Newsgeorgia.ge” saytının məlumatına görə, partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında baş nazirin müavini, enerji naziri Kakha Kaladze-nin mer vəzifəsinə namizədliyi təsdiqlənib. Bu gün axşam baş nazir və partiyanın lideri Georgi Kvirikashvili paytaxtın Mtasminda parkında Kakha Kaladzen-i rəsmən Tbilisi meri vəzifəsinə namizəd kimi mediaya və paytaxt sakinlərinə təqdim edəcək. Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər bu ilin oktyabr ayının üçüncü həftəsində keçiriləcək. Hakim partiyadan başqa, iki əsas müxalif qüvvə – “Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat partiyaları da paytaxt meri vəzifəsinə öz namizədlərini müəyyənləşdiriblər. “Avropalı Gürcüstan”ın namizədi parlamentin üzvü Yelene Khoshtariya, Vahid Milli Hərəkatın namizədi isə “Rustavi-2” telekanalının populyar jurnalisti Zaal Udumashvili-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun