James Rodriges "Bavariya"da

James Rodriges "Bavariya"da
11 İyul 2017
Mətni dəyiş

“Real” Madrid klubu yarımmüdafiəçi James Rodrigesi icarəyə verib.

Abzas.net xəbər verir ki, kolumbiyalı futbolçu karyerasına Bundesligada davam edəcək.

25 yaşlı orta sahə oyunçusu “Bavariya” ilə anlaşıb. Klublar arasındakı anlaşmaya görə, James qarşıdakı iki mövsümü icarə əsasında Münhen təmsilçisinin heyətində keçirəcək. “Bavariya” 2 ildən sonra onu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

James-lə İngiltərənin Mançester Yunayted və Fransanın PSG klubları da yaxından maraqlanırdı.

James Rodrigesin 2014-cü ildə “Monako”dan transferi “Real”-a 63,7 milyon avroya başa gəlmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun