Testsiz qəbulla bağlı qanun qəbul edildi

Testsiz qəbulla bağlı qanun qəbul edildi
14 İyun 2017
Mətni dəyiş
Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Bu barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.
Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Layihə səsə qoyularaq qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun