SOCAR Ukraynada qaz satışı üçün lisenziya alıb

SOCAR Ukraynada qaz satışı üçün lisenziya alıb
29 İyun 2017
Mətni dəyiş
Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya SOCAR-ın törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.
Ukraynanın “OilNews” saytının verdiyi məlumata görə, müvafiq qərar komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun