Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb - [Video]

Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb - [Video]
19 İyun 2017
Mətni dəyiş
İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Abzas.net xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
[embed]https://www.youtube.com/watch?v=KMHDMuh7wmo[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun