Milli Məclisin deputatları Ukraynaya gedir

Milli Məclisin deputatları Ukraynaya gedir
30 İyun 2017
Mətni dəyiş
İyulun 3-dən 5-dək Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı keçiriləcək.
MM-dən APA-ya verilən məlumata görə, seminarda Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.
Ukrayna Ali Radası ilə birgə keçiriləcək “Təhlükəsiz, sabit Ukraynaya doğru və Qara Dəniz regionu” adlı bu tədbir 6 sessiyadan ibarət olacaq. Sessiyalarda Rusiya, NATO və Qara Dəniz regionu, NATO-Ukrayna Xartiyasının 20 illiyi, Donbasda humanitar və hərbi vəziyyət, Krımda siyasi və insan hüquqları, Ukraynanın islahat gündəliyi və daxili çağırışlar, Ukrayna-NATOinteqrasiyası, Qara dəniz regionunda inkişafın dəstəklənməsi, Moldovada siyasi və iqtisadi vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin  deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun